Putin “böyük təmizləmə”yə başlayır

Vladimir Putin öz səhvlərini etiraf edə bilmədiyi üçün Rusiyada böyük kadr təmizlənməsinə hazırlıq işartıları var.

Bu barədə politoloq İvan Preobrajenski deyib.

“Düşünürəm ki, bu (müharibə əleyhdarı hərəkat) müharibənin lap əvvəlindən yaranıb. Qeyri-rəsmi məlumatlara görə, Kreml işğal olunmuş ərazilərin bərpasını regional büdcələrə, müvafiq olaraq, regional elitaların üzərinə yıxmağa, baş verənlərə görə məsuliyyəti öz üzərindən atmağa çalışır. Mərkəzin alətləri var. O, təbii ki, ondan istifadə edir”, – o bildirib.

Politoloqun sözlərinə görə, Rusiyada Ukraynadakı müharibənin əleyhinə olanların sayı artır.

Mütəxəssis qeyd edib ki, indi daha bir “təmizləmə” hazırlanır:

“İndi onun (Putinin) köməkçisi, Yaroslavl vilayətinin keçmiş qubernatoru Mironov yeni kadr komissiyasının rəhbəri təyin edilib. Görünür, söhbət yeni böyük təmizləmədən gedir. Bu, hərbi əməliyyata, Ukraynaya qarşı təcavüzə başlamağın zəruriliyinə şübhə edənlərin təmizlənməsi olacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button