Boris Conson etimad səsverməsini qazandı
Böyük Britaniyanın baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının üzvlərinin dəstəyini alıb.
Bu barədə Britaniya parlamentindəki mənbələrə istinadən BBC məlumat yayıb.
Etimad səsverməsi zamanı baş nazirin lehinə 211, əleyhinə isə 148 nəfər səs verib.
Qeyd edək ki, hökumət başçısı postunu saxlamaq üçün baş nazir 359 səsdən azı 180-ni qazanmalı idi.
Xatırladaq ki, Boris Conson 2019-cu ildən Böyük Britaniyanın baş naziridir. O, Britaniya Mühafizəkarlar Partiyasının lideridir. Conson əvvəllər xarici işlər naziri və London meri olub.