Qaxda 2 tondan artıq narkotik tərkibli bitki məhv edilib
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Qıpçaq kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 2 tondan artıq olan 2452 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.