Balakəndə dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin  müəyyən edilməsi istiqamətində nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə,şəhər ərazisində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu həmin şəxslərə izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button