Rus zabitlərin nahar etdiyi restoran partladıldı

Ukraynanın Xerson şəhərində əsasən yüksək çinli rusiyalı hərbçilərin nahar etdiyi “Nostalji” restoranında partlayış baş verib.

Bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Gennadi Laquta deyib.

“Bugünki partlayış ondan xəbər verir ki, Xersonda mübarizə bir an belə dayanmır. Bura Ukraynadır!” – deyə Laquta bildirib.

O, partlayışda xəsarət alanların olduğunu söyləyib.

Hamısını Göstər

Related Articles

Back to top button