Rusiya qoşunlarını Ukraynanın cənubundakı mövqelərdən çıxarmağa başladı 

Rusiya Ukraynanın Zaporojye vilayətindəki mövqelərdən qoşunlarını geri çəkməyə başlayıb.

Bu barədə Müharibənin Araşdırılması İnstitutunun (ISW) xülasəsində bildirilir.

Analitiklərin fikrincə, işğalçıların bu qərarının iki səbəbi ola bilər: Ya zədələnmiş bölmələri arxa cəbhəyə köçürmək, ya da Xerson vilayətinin şimal-qərbində Rusiya qoşunlarının müdafiəsini gücləndirmək.

Lakin ISW ​​hazırda bu qüvvələrin harada olduğu ilə bağlı təsdiqedici məlumata sahib deyil.

Bundan əlavə, Rusiya qoşunları İnqulets çayının qərb sahilindəki (hazırda Ukraynanın nəzarətində olan) ön mövqelərinə də qayıda bilməyiblər.

Hamısını Göstər

Related Articles

Back to top button