Ukrayna Baş Qərargahı: “Xarkovdakı itkilərdən sonra rusiyalılar döyüşməkdən tam heyətlə imtina edib”

Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər zamanı itkilərə görə Rusiyanın 1-ci Ordu Korpusundan olan motoatıcı bölməsi tam tərkibdə döyüşməkdən imtina edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindən zorla səfərbər edilmiş şəxsi heyət tərəfindən idarə olunan bölmələrin döyüş əməliyyatlarında iştirakdan imtinaları qeydə alınıb.

Hamısını Göstər

Related Articles

Back to top button