Qaxda 1,6 ton narkotik tərkibli bitki məhv edilib

Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun  İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 1818 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button