Qubada yerli və xarici turistləri daşıyan avtobuslara qarşı nəzarət-profilaktiki tədbir keçirilib

Sürücü məsuliyyətsizliyinin nəticəsini bir neçə gün əvvəl Şəki rayonunda baş verən qəzada bir daha gördük. Bu səbəbdən də Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində turistləri daşıyan avtobuslara qarşı nəzarət-profilaktiki tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumatda bildirilir ki, keçirilən tədbir zamanı bir çox kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyən sürücülər aşkarlanıb. Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar aşkarlanıb.
Sadalanan faktlarla bağlı sürücülər haqqında qanunamüvafiq tədbirlər görülüb.

Keçirilən tədbirlərlə bir daha sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər.

Sərnişindaşıma fəaliyyətilə məşğul olan, bu sahədə qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button