Azərbaycanda toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi
Şəkidə baş verən yol qəzasında xəsarət alan qadın dörd gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.
1995-ci il təvəllüdlü Günel Göyüşova bu gün səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, 11 iyun tarixində Şəkinin Aşağı Küngüt kəndində “Mercedes-Benz” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.
Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.