BMT ukraynalı uşaqların Rusiyaya aparılmasını araşdıracaq
BMT Rusiya hərbçilərinin Ukraynadakı cinayətlərini araşdıracaq.
Xüsusilə, beynəlxalq ekspertlər uşaqların Rusiyaya qanunsuz aparılması və övladlığa götürülməsi halları ilə məşğul olacaqlar.
Bu barədə BMT-nin Təhqiqat Komissiyasının Kiyevə səfərinin yekunlarına dair bəyanatında bildirilib.
Komissiya 10 gün ərzində Ukraynada olub. Mütəxəssislər Kiyev, Buça, İrpin, Xarkov və Sumıya səfər ediblər.