Avropa silahlanır və müharibəyə hazırlaşır
Son bir neçə həftə ərzində bir sıra Avropa dövlətləri ordularını gücləndirmək üçün daha böyük məbləğdə vəsait ayırdıqlarını bəyan ediblər.
Bu barədə “Caliber”in “Youtube” kanalındakı növbəti süjetində bildirlib.
“İyunun 3-də Almaniya parlamenti beş il ərzində silahlı qüvvələrin əlavə maliyyələşdirilməsi üçün 100 milyard avroluq xüsusi fondun yaradılmasını təsdiqləyib. Hökumət bunu son bir neçə onillikdə görünməmiş qiymət artımları fonunda edib. Əlavə fond müdafiə büdcəsini (təxminən 50 milyard avroya yüksəlib) əvəz etmir. Onun vəsaiti silahlanma, texnika və mümkün müharibəyə təcili hazırlıq məqsədilə digər ehtiyacların maliyyələşdirməsində istifadə olunacaq”, -deyə videomaterialda qeyd olunub.
Bu barədə daha ətraflı “Caliber”in süjetində: