Lavrovdan Moldovaya hücum anonsu…
Moldovanı “ikinci Ukrayna”ya çevirmək istəyirlər.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov NTV-yə açıqlamasında deyib.
“Əlbəttə, onlar Moldovanı “ikinci Ukrayna”ya çevirməyə çalışırlar. Hazırkı Moldova hakimiyyətinin “İndi Avropa İttifaqına daxil olaq, sonra görək, nə vəd edirlər. O zaman bəlkə MDB-də qalmağa qərar verərik” yanaşması bunun əyani göstəricidir”, – Lavrov bildirib.