İrlandiya Rusiya oliqarxlarının böyük məbləğdə aktivlərini dondurdu
İrlandiya rusiyalıların 1,7 milyard avro məbləğində aktivlərini dondurub.
Onların arasında Rusiya Federasiyasının oliqarxlarına məxsus vəsaitlər və onlarla əlaqəli müəssisə və qurumlar var.
Məbləğin böyük hissəsini zəngin rusiyalıların müxtəlif bank qurumları və fondlarındakı maliyyə aktivləri təşkil edir. Həmçinin, İrlandiya hökuməti onların şəxsi təyyarələri, yaxtaları və daha az dərəcədə dəbdəbəli daşınmaz əmlakını da əhatə edən əmlakına həbs qoyub.
Yerli hakimiyyət orqanları Rusiya Federasiyasına qarşı sanksiyalara ciddi şəkildə əməl etməkdə qərarlıdır. Jurnalistlər bildirirlər ki, İrlandiya Mərkəzi Bankı bir sıra biznes təşkilatlarına məktublar göndərərək, onların maliyyə sanksiyalarına nəzarətdəki rolunu və hər bir irlandiyalının Avropa İttifaqının qadağalarına əməl etmək məsuliyyətini xatırladır. Müraciətdə sanksiyalardan yayınmağa kömək etməyin mənfi nəticələrindən də bəhs edilir.