Stoltenberq: “Türkiyə ilə saziş üzərində işləyirik”
NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Madrid sammiti öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib.
Alyansın rəhbəri Türkiyə ilə saziş üzərində çalışdıqlarını deyib:
“Biz İsveç, Finlandiya və Türkiyə arasında silah ixracı, terrorla mübarizə də daxil olmaqla Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün saziş üzərində işləyirik”, – Stoltenberq bildirib.
İsveç baş naziri Maqdalena Andersson isə ölkəsinin bundan sonra terrorçular üçün etibarlı sığınacaq olmayacağını vəd edib.
“Ümid edirəm ki, NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar qısa zamanda tamamlana bilər. İsveç terrora qarşı sərt mövqeyini davam etdirəcək, terrorçular üçün etibarlı sığınacaq olmayacaq”, – deyə o, vurğulayıb.