Rusiya yenidən Odessaya raket atdı
Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edir.
Rusiya qüvvələri yenidən Odessa vilayətinə bir neçə raket zərbəsi endirib.
Bu barədə Odessa vilayətinin rəhbəri Maksim Marçenko məlumat verib.
“Düşmən bölgəyə bir neçə raket hücumu həyata keçirib. Raketlərdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən vurulub. Xoşbəxtlikdən tələfat və dağıntı olmayıb”.