Mariupolda Rusiya hərbi bazasının tikintisinə başlanılıb

İşğal altında olan Ukraynanın Mariupol şəhərində Rusiya hərbi bazanın tikintisinə başlanılıb.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko bildirib.

O, qeyd edib ki, şəhərin Azov bazarı adlanan hissəsində böyük tikinti işlərinə start verilib.

“Yerli sakinlərə onlar üçün mənzillərin bərpası barədə nağıllar danışılsa da, tikintinin istisnasız olaraq hərbi məqsədli kompleks olduğu ilk gündən məlumdur”, – deyə o, qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button