İsveç və Finlandiya NATO-ya qəbulla bağlı protokolu imzalayacaq – Tarix açıqlandı
NATO rəhbərliyi İsveç və Finlandiyanın Alyansa daxil olmasına dair protokolu gələn çərşənbə axşamı, iyulun 5-də imzalayacaq.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı açıqlama verib.
“Biz çərşənbə axşamı günü Finlandiya və İsveçin xarici işlər nazirlərinin iştirakı ilə ölkələrin qəbulu ilə bağlı protokolu rəsmən imzalayacağıq”, – deyə o bildirib.
Eyni zamanda o vurğulayıb ki, NATO liderləri bu ölkələri Alyansa dəvət etmək barədə qərarı bir gün əvvəl, iyunun 29-da təşkilatın sammiti zamanı veriblər.