Oğurluq və quldurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində paytaxt sakini K.Abdullayevanın çantasından içərisində 235 manatı, balansında 257 manatı olan bank kartı və digər kartlar olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb. Araşdırma aparılır.

***

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Saatlı rayon sakini R.Qubadov Binəqədi qəsəbəsi ərazisində 3 nəfərin onun oğlunu bıçaqla hədələyib mobil telefonunu talamalarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini M.İmanov, Saatlı rayon sakinləri F.Yarıyev və İ.Eldar oğlu müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

***

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Belə ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

***

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə iyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyən edilərək saxlanılıb.

***

Gəncə ŞBPİ-nin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button