DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 müxtəlif markalı tüfəng, 5 patron darağı və 729 müxtəlif çaplı patron təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan beş müxtəlif markalı tüfəng aşkarlanaraq götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button