Dünən və bu gün yollarda baş verən qəzalar

İyunun 30-da saat 22 radələrində Sabirabad şəhərində Kürkəndi kənd sakini R.Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə avtomlobildə olan 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb, digərinin vəziyyəti orta-ağırdır.
Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

İyulun 1-də saat 2 radələrində Nizami rayonu Babək prospektində Ağdaş rayon sakini B.Salamov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.
Nizami Rayon Polis İdarəsi tərəfindən yol-nəqliyyat hadisəsini törədən sürücünün müəyyən edilib tutulması üçün əməliyyat tədbirləri aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button