Rusiyanın daha bir ölkə ilə düşmənçiliyi başlayır!
Bolqarıstan 70 rus diplomatın ölkədən çıxarması qərarını ləğv etməsə, Sofiya ilə diplomatik əlaqələr tamam kəsilə bilər.
Bu sözləri Rusiyanın Bolqarıstandakı səfiri Yelena Mitrofanova deyib.
“Moskva olduqca kardinal addımlar atacaq. Bu, təsirsiz qala bilməz. Diplomatik əlaqələr kəsilə bilər! Moskva qərar verəcək”, – deyə səfir bildirib.