İran hökuməti ölkənin qərbinə ağır texnika və silahlar yeridir
3 iyul, bazar günü səhər saatlarında Qəzvin-Zəngan yolunda ağır hərbi texnika və silahlar daşıyan karvan müşahidə edilib.
Bu barədə məlumat “Azad İran” Teleqram kanalında yayılıb.
Vətəndaşların müşahidələrinə görə, böyük həcmdə hərbi silah və texnika daşıyan SEPAH-ın maşın karvanı ölkənin qərbinə doğru hərəkət edir.