“Ukraynaya indi daha çox reaktiv yaylım atəşi sistemləri gəlir” – “Rus təbliğatçıları qələbəyə inamı itirib”

“Ukrayna ordusunun düşmənə HIMARS zərbələri aparıcı rus təbliğatçılarını öz hakimiyyətlərini tənqid etməyə məcbur etdi”.

Bu barədə tanınmış ukraynalı hərbi bloger, “Senzor.net” portalının baş redaktoru Yuri Butusov sosial şəbəkədəki hesabında yazıb.

“Rusiya Müdafiə Nazirliyinin əsas təşviqatçılarından biri, həmişə qərargahda oturan və arabir cəbhə xəttindən uzaqlara hekayələr yazmaq üçün səfərə çıxan Aleksandr Sladkov Ukraynanın HIMARS-larla əhatə olunacağından təşvişə düşüb. O qara hərflərlə rus cəmiyyətini çaxnaşmaya salan postu yazdı ki, “bu “xoşbəxtlik” nə vaxt bitəcək?” -, deyə Butusov yazır.

Onun sözlərinə görə, təbliğatçılardan Roman Saponkov isə Rusiya ordusunun Çernobaevkadakı qərargahının və silah-sursat anbarının HIMARS raketləri ilə darmadağın edilməsini təsvir edib: “Romanın raketlərin dəqiq zərbə ilə vurduğu rus hədəflərini təsvir etməsi necə də xoşdur”.

Butusov vurğulayır ki, Rusiya ordusunun daim Ukrayna Silahlı Qüvvələrindən üstünlüyünü göstərməyə çalışan ruporlar indi qorxurlar ki, Ukrayna raketləri onları arxa cəbhədə – işlədikləri yerdə də yaxalaya bilər: “Ukraynalı jurnalistlər ön cəbhədə işləyirlər, iş prosesində biz Rusiyanın hücum mövqelərindən atılan “Kalibrlər”dən, aviasiyadan, artilleriyadan qorxmuruq, işimizi görürük, çünki Ukraynanın qələbəmiz üçün necə toparlandığını görürük. Rus təbliğatı isə öz qələbəsinə inamını itirib”.

Hərbi bolgeri yazır ki, Ukrayna Silahlı Qüvvələri isə Rusiya ordusunun arxasına HIMARS zərbələri endirməyə hələ yenicə başlayıb, buna baxmayaraq, 30-a yaxın qərargah və anbar dağıdılıb: “Ukraynaya indi daha çox reaktiv yaylım atəşi sistemləri və idarə olunan raketlər gəlir, zərbələr daha da güclənəcək. Rusiyanın isə bu zərbələri dəf edəcək heç nəyi yoxdur”.

Hamısını Göstər

Related Articles

Back to top button