Qarabağda antiterror əməliyyatı gözlənilir?
Vətən müharibəsi nəticəsində tarixi ilə birlikdə taleyini də dəyişən Azərbaycanın artıq səbri tükənib.
Buna səbəb Rusiyanın vasitəçiliyi ilə imzalanan birgə bəyanatın 4, 6 və 9-cu madddələrinin Ermənistan tərəfindən icra edilməməsidir. Bu isə Laçın şəhərinin, habelə, Xocavənd, Xocalı, Xankəndi və Ağdərənin Azərbaycanın nəzarətinə keçməsini, eyni zamanda ölkənin qərb rayonları ilə Naxçıvanı birləşdirən nəqliyyat dəhlizinin istifadəyə verilməsini ləngidir.
Ermənistanın kapitulyasiya sənədini imzalamasından 20 ay keçməsinə rəğmən, hələ də bu ərazidə erməni terror birləşmələrinin fəaliyyət göstərməsi isə rəsmi Bakının səbir kasasını daşırır. Elə Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından da bunu hiss etmək mümkündür.
“Hərbi xərcləri artırmaq lazımdır. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə, işğal, təhlükə nədir, yaxşı bilirik”.
Prezidentin bu fikirlərinin hazırda Qarabağda əyani təsdiqini görürük. Belə ki, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan Ordusu getdikcə daha da möhkəmlənir. Yeni komando hərbi hissələri yaradılır, hava limanları tikilir. Bir sözlə, Qarabağ havadan və qurudan tam nəzarət altındadır.
Lakin Azərbaycanın əzəli və əbədi torpaqlarında məskunlaşan bir qrup başıpozuğun zərərsizləşdirilməsinə mane olan amillər də var. Bunların başında sülhməramlı qüvvələr gəlir. Sirr deyil ki, dovşan arabanın kölgəsində yatan kimi, erməni terrorçuları da Rusiya hərbçilərinin arxasında gizlənirlər. Ona görə də rəsmi Bakı sülhməramlıların fəaliyyətindən narazıdır.
Göründüyü kimi, rəsmi Moskva regionda hazırda “yubatma” diplomatiyası yürüdür. Bəs belə olan halda Azərbaycan hansı addımları ata bilər?
Daha ətraflı Baku TV-nin süjetində: