Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır – Rəsmi İrəvandan açıqlama
“Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır.”
Bu açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.
A.Qriqoryan həmçinin bəyan edib ki, artıq Ermənistandan olan hərbi çağırışçılar Qarabağa göndərilməyəcək.
Ermənistan rəsmisi Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsini oradakı ermənilərin təhlükəsizliyinin təminatı hesab etdiyini açıqlayıb.