Putin Ukraynada niyə qələbə qazana bilmir? – “Buna görə çoxlu rus generalı ölür…”

“Rusiyanın 2008-ci ildən orduda başlatdığı islahatın texnoloji nəticələri hara yoxa çıxıb?”

“Rusiyanın hərbi texnologiyasının xarici komponentlərdən kritik səviyyədə asılılığını ortaya çıxıb”

Ukrayna müharibəsi başlamamışdan öncə əksər beynəlxalq KİV-lər Rusiya ordusunun ən müasir silahlarla və yüksək hərbi texnoloji sistemlərlə təchiz edilməsi barədə çoxsaylı məqalələr dərc edirdilər. Ancaq yazılanların əkisinə olaraq, müharibə bir çox həqiqətləri üzə çıxardı və aydın oldu ki, Rusiya ordusu texnoloji cəhətdən müasir tələblərə cavab vermir.

“AzPoltika.info” xəbər verir ki, Latviyanın “The Insider” internet portalı “Rusiyanın indiki və sovet dönəmindən qalma silahları müasir hərbi texnologiyadan necə geridə qalır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub.

Həmin yazını qısa ixtisarla təqdim edirik: ”Ukrayna müharibəsi Rusiya hərbi texnologiyasının xeyli geri qaldığını üzə çıxardı. Son on ildə dövlətlər arasında birbaşa müharibə demək olar ki, çox az hallarda baş verir, indi onun yerini hibrid münaqişələr, proksi-müharibələr, iqtisadi, sosial və rəqəmsal hücumlar əvəz edib. Dronların və kiber-terror metodlarının meydana çıxması hədəflə operator arasındakı məsafəni uzadır və müharibə daha çox virtual xarakter almağa başlayır.

Müasir müharibədə uğur əldə etmək üçün hərbi birliklər arasında qırılmaz rabitə əlaqəsı və kooperasiya qurulması çox vacibdir. Yüksək texnoloji inkişaf dövründə əllə idarəetmə rejimiylə uğur qazanmaq getdikcə mümkünsüzləşir.

Rusiyanın hərbi rəhbərliyi bütün bu meyllərdən xəbərdardır. Lakin onların yeniliklərə uyğunlaşmaq bacarığı yoxdur və ona görə də artilleriya atəşinə üstünlük verirlər. Kəşfiyyatın gücləndirilməsi, kiber yüksəkdəqiqlikli və avtomatlaşdırılmış silahlardan istifadə olunması isə sanksiyalar və korrupsiya üzündən səmərəsizləşır.

Putinin Ukraynada qələbə qazana bilməməsinin başlıca səbəblərindən biri də məhz Rusiyanın texnoloji geriliyi ilə bağlıdır.

Ukrayna müharibəsinə 9 gün qalmış ABŞ-ın “Politico” internet portalında qəribə material dərc olunmuşdu. Həmin məqalədə deyilirdi ki, ukraynalılar səngər qazıdıqları halda, Rusiya bu illər ərzində ordusunu rəqəmsal zərbə sistemləri və ən müasir texnologiya ilə təchiz edib. Bu, Rusiya silahlı qüvvələrinin yükəsək texnologiya ilə təchiz edilməsi barədə yazılan yeganə material deyildi. Qeyd olunurdu ki, Rusiya Çinin “Artificial Intelligence” (Süni İntelekt) texnologiyası ilə təchiz edilmiş ordu hazırlayır və ruslar döyüş meydanında informasiya üstünlüyü qazandıracaq strategiya üzərində işləyirlər.

Digər tərəfdən, “Central Naval Analyses” analitik mərkəzinin məruzəsində deyilirdi ki, “ArtificiaI Intelligence” algoritmləri ilə əlaqəli şəkildə işləyəcək 150 hərbi sistem hazırlanır.

Krımın ilhaqındakı uğurdan, Ukrayna elektrik şəbəkəsinə hücumdan, Çexiyadakı silah cəbbəxanasındakı iki prtlayışdan, bolqarıstanlı silah mütəxəssisnin zəhərlənməsindən sonra Putin rejimi hibrid müharibəsinin qabiliyyətli ustası sayılmağa başladı.

2021-ci ildən Rusiya Ukraynaya qarşı kiber hücumları artırdı. Hamını texnoloji cəhətdən yüksək səviyyəyə çatmış Rusiya ordusunun gücünə elə inandımışdılar ki, hətta Amerika kəşfiyyatı Kiyevin maksimum 72 saat ərzində zəbt olunacağına əmin idi.

Ukraynaya müdaxilədən sonra Rusiya minlərlə zirehli texnika itidri, bunların içərisində Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyseri, bahalı təyyarələr və vertolyotlar var. Döyüşlərdə artıq aviasiya praktik baxımdan elə də əhəmiyyətli rol oynamır, çünki Ukrayna Hava Hücumundan Müdafiə sistemi məhv edilməyib.

Rusiyanın əfsanəvi dronları nə üçünsə ukraynalıların texnikasının koordinatlarının dəqiq müəyyənləşdirməsinin və bu məlumatların artilleriya sistemlərinə ötürülməsinin öhdəsindən gələ bilmir. Hələ üstəlik Rusiyanın xeyli sayda dronu vurulub. Təkcə may ayına qədər 50 “Orlan-10” dronu məhv edilib.

İndiyədək Rusiya ordusunun “Artificial Intelligence” funksiyalı silahlardan istifadə etdiyi qeydə alınmayıb. Rusiyanın onlarla radiomüqavimət komleksi(uzaq məsafədən düşmən dronlarının qəbuledicisini sıradan çıxarır) döyüş meydanında tərk edilib, bombalanıb və ya ələ keçirilib.

Rusiya milli qvardiyasının döyüşçüləri anlaşılmaz səbəblərədən ordudan əvvəl döyüşlərin ön cərgəsində peyda olur, günlərlə çöllərdə qalır və böyük itkilər verirlər. Piyadalara havadan dəstək gəlmir, kontr-artilleriya işləmir, çünki texnika hələ gəlib çıxmayıb.

Rusiya hərbçiləri qorunmyan rabitə kanallarından kütləvi şəkildə istifadə edirlər və rabitə qüllələrini vuraraq düşməni mobil əlaqədən məhrum edə bilmirlər, çünki özləri də bu qüllələrdən yararlanırlar. Beləliklə, Ukrayna kəşfiyyatçılarının işi yüngülləşir. Elə məhz həm də buna görə, çoxlu rus generalı ölür.

Rusiya dron-kamikadzelərdən istifadə etməyə çalışır, lakin bu dronlar yüksəkdəqiqlikli raketlər kimi hədəfi vura bilmirlər.

Bəs, Rusiyanın 2008-ci ildən orduda başlatdığı islahatın texnoloji nəticələri hara yoxa çıxıb? Nəyə görə Rusiyanın özütuşlayıcı raketləri 1970-ci illərin elektronikasından istifadə edir və hansı səbəbdən dronların içərisinə plastik butulka və fotoaparat bağlayırlar? Elə vəziyyət yaranıb ki, Rusiya döyüş cərgəsinə 60 il bundan öncə istehsal edilmiş tankları və mülki gəmiləri qoşur.

Ukraynalıların əlinə keçən Rusiya silahları bu böyük ölkənin hərbi texnologiyasının xarici komponentlərdən kritik səviyyədə asılılığını ortaya qoyub. Bu, özünü yarımkeçiricilərdə, mikroçiplərdə, mikrosxemlərdə, mühərriklərdə və antennalarda daha çox göstərir.

Məlum olub ki, qanadlı raketlərin elektron tuşlayıcısı və lazer sisitemi ABŞ və Avropa Birliyi şirkətlərinin istehsal etdiyi komponetlərlə doludur.

Bəlkə də rusların idarə edilməyən raketlərdən kütləvi istifadə etmələrinin səbəbi hədəfə tuşlanan raketlərə qənaet etmələrindən, ya da ki, ehtiyatın tükəndiyindən irəli gəlir. Rusiya özü müstəqil şəkildə onların yerini doldura bilməz, çünki sanksiyalar hərbi məqsədlər naminə Qərbdən lazımi komponentlərin alınması imkanını 90 faiz məhdudlaşdırıb. Rusiya həmin yarımkeçiriciləri istehsal etməyi öyrənməyib.

Yüksək texnoloji komponentlərlə bağlı sanksiya tarixçəsi yeni deyil, ən azından 2008-ci ildən Rusiya mikroelektronika almağa çalışır. Ruslar hərbi sənaye üçün lazımlı mikrosexemləri idxal etməkdən ötrü müxtəlif yollara baş vururlar və tədarükçü ölkəyə bunun mülki məqsədlər üçün istifadə ediləcəyi vədini verirlər.

2018-ci ildən Rusiya ABŞ-ın ixracat-nəzarət icraçılarının yerlərdə yoxlamalar aparmasına qadağa qoyub. Həmin icraçı nəzarətçilər Amerikadan çıxarılan texnikanın mülki məqsədlər üçün istifadə edildiyini yoxlamalıydılar.

Rusiya-Ukrayna müharibəsi elə ilk öncədən Rusiyanın nəzarətindən kənar faktorların təməlini qoydu. Lakin elə faktorlar var ki,Putinin hərb maşını bunları öz nəzarətinə ala bilərdi,amma bir sıra səbəblərdən bunu edə bilmədi. Bu, ilk öncə döyüş meydanındakı məlumat axınının komandanlığa çatdırılması ilə bağlı əlaqə və kommunikasiyanın təşkil olunmasıdır.

Döyüş meydanı ilə birbaşa əlaqə qurulması müasir müharibədə uğur qazanmağın ən mühüm faktorudur. Amma kommunikasiya yaşlı çekistlərin heç də güclü tərəfi sayıla bilməz. Yuxarı məqamda əyləşənə hələ də elə gəlir ki, bütöv nəhəng müərəkkəb sistemlər, insanlar və texnika onun hansısa əmri əsasında sıraya düzülüb hərəkət edəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button