Sərt karantin tədbirləri geri qayıdır? – Açıqlama
“Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda koronavirusla bağlı vəziyyət qənaətbəxşdir:
“Fikrimcə, yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyət olmayacaq”.
O qeyd edib ki, maska taxması tövsiyə xarakterlidir:
“Alimlər tərəfindən də sübut olunub ki, maskalarda qoruyuculuq var. Əgər bir insan maska taxırsa, bu xəstəliyə yoluxma riskini azaldır”.