Cəlilabadda dəhşətli qətl: Qardaşı arvadını və başqa bir kişini öldürdü

Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evinin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisənin K.Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Hamısını Göstər

Related Articles

Back to top button