Oğurluq və quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə iyulun 18-də Bakı şəhər sakini E.Novruzovun pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini B.Səfərov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun əvvəllər məhkum olunmuşlar N.Əliyev və V.Musayevlə birgə iyulun 19-da Dərnəgül qəsəbəsi ərazisində Salyan rayon sakini E.İsmayılovu və Bakı şəhər sakini F.İmamverdiyevi bıçaqla hədələyib quldurluq yolu ilə 8300 manatlarını talması da müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyev və V.Musayev də saxlanılıblar.
Araşdırma aparılır.

***

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbəsindəki evlərin birindən 4900 manat pul, 15.100 manat dəyərində noutbuk, geyim və məişət əşyaları, digər evdən isə 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıb.

***

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İ.Paşayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button