Zaqatalada piyada keçidlərindən istifadə etməyən şəxslər cərimələnib.
Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin
qarşısının alınması, onların arasında intizamın möhkəmləndirilməsi məqsədilə
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfində profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən
tədbirlər zamanı ərazidə piyada keçidlərinin olmasına baxmayaraq, bəzi
şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Onlara yol
hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib və bu kimi halların özləri ilə
yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükəli olduğu izah
edilib.Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi
ilə protokol tərtib olunub.