Rusiyanın peyvəndi şübhəli çıxdı: Dünya alimləri SOS siqnalı verdi
Rusiyada qeydiyyata alınan və artıq dövriyyəyə buraxılan koronavirusa qarşı peyvəndlə bağlı dünya alimləri tərəfindən həyəcan siqnalı verilib.
“Sputnik V” peyvəndinin hazırlayan quruma Almaniya, İtaliya, ABŞ, Tayland, İsveçrə, Yaponiya alimlərinin imzası ilə açıq məktub göndərilib. “The Telegrahp” yazır ki, beynəlxalq tədqiqat qrupu peyvəndin sınaq mərhələsində bir sıra şübhəli məqamların olduğunu bildirib. Qeyd olunub ki, bəzi qrafiklərdə təkrara yol verilib, bəzi məlumatlarda rabitə pozulub.
Bundan başqa, hesabat nəticənin yoxlanılması üçün yetərli hesab olunmayıb. Mütəxəssislər hesabat müəlliflərinin qrafiklərin dəqiqliyini yoxladığından şübhəlidir. Rusiyalı mütəxəssislər peyvənd sınağında iştirak edən pasiyentlər barədə dolğun informasiya təqdim etməyib, onların nəticələri müqayisə olunmayıb.
Tədqiqat qrupu hesab edir ki, könüllülərdən plazma alındığı zaman təcrübəyə cəlb olunan şəxslər haqda tam dolğun məlumat yoxdur. İlk simptomların müşahidə olunduğu və mənfi nəticənin əldə edildiyi müddətlə bağlı da dəqiq informasiya toplanmayıb.
Xatırladaq ki, koronavirusa qarşı ilk peyvənd Rusiyada 11 avqustda qeydiyyata alınıb və bunu Prezident Vladimir Putin elan edib. Putinin qızı da sınaqların iştirakçısı olub.