“DAHA RUSİYANIN GÜCLÜ LİDERİ YOXDUR…” – “Moskvada dövlət çevrilişi ehtimalı var”.
Rusiya rəhbərliyində bütün daxili münasibətlər kəskinləşir. Dövlət çevrilişinə cəhd istisna olunmur, çünki Putin artıq DİN bölmələrini və mümkündür ki, «Rosqvardiya» bölmələrini Müdafiə Nazirliyini müşahidə etmək üçün göndərib.
Bu barədə milli telemarafon efirindən politoloq Abbas Qəlləmov danışıb («UNİAN»).
Jurnalistlər ondan soruşublar ki, Moskvada dövlət çevrilişi törədə bilərlərmi.
«Mənim orada kifayət qədər dostum, tanışım var və onlar danışırlar ki, bəli. Sahilyanı Frunze küçəsində, harada ki, Müdafiə Nazirliyi yerləşib, oradan insanlar keçirlər və ona qədər ZTR və PDM görürlər. Orada hansısa hərbi texnika dayanıb. Nəzəri cəhətdən bu, ehtiyatkarlıq ola bilər, onunla əlaqəli ola bilə ki, Şoyqudan və Gerasimovdan qorxurlar ki, onlara ukraynalı diversantlar hücum edə bilər. Amma istisna deyil ki, bu, əslində ordu ZTR-i yox, DİN-nin maşınıdır» – Qəlləmov bəyan edib. Ardınca, politoloq Britaniya mətbuatı ilə razılaşır ki, orada Moskvaya DİN xüsusi bölmələrinin yeridildiyi xəbər verilir.
Espertin fikrincə, belə tədbir generalların qarşısını alaq üçün həyata keçirilir ki, onların «qanı qaynaya» bilər.
«Hazırda Rusiya isteblişmenti daxilində bütün münasibətlər kəskinləşir. Qığılcımlar hər tərəfə yayılır. Hamı «qurban» axtarır, hamı düşünməyə cəhd edir ki, situasiyanı necə xilas etmək olar, çünki hamı anlayır – situasiya lazım olan tərəfə doğru getmir. Onlar hamısı məsuliyyəti bir-birinin üzərinə yükləyirlər» – Qəlləmov davam edir.
Politoloqun sözlərinə görə, Rusiya rəhbərliyi birləşmək gücündə deyil, nədən ki, birləşdirici amil yoxdur. Rusiyanın daha güclü lideri yoxdur, axı hamı görür ki, Putin zəifləyir. Bundan əvvəl Baş Qərargah tərəfə və ölkə rəhbərliyinə açıq ittihamlar sələnmirdi. İndi isə siyasətçilər və hərbçilər cəbhədəki uğursuzluqlara görə məsuliyyəti bir-birinin üzərinə atırlar.
«Bax, bütün bu ziddiyətlər orada qaynayır, necə deyərlər, qurbağalar orada ilanlarla tutuşurlar. Və bu situasiyada bütün bunlar Teleqram-kanal müstəvisindən, açıq siyasi müstəvidən hansısa anda güc blokuna doğru inkişaf edə bilər. Hazırda hələ ki, onlar bir-birini Teleqram-kanalda təhqir edirlər, ardınca isə atəş açmağa başlaya bilərlər və ya ən azı, bir-birini həbs edə bilərlər…» – Qəlləmov yekunlaşdırır.