“Avropada genişmiqyaslı müharibə başlayacaq” – Macarıstanın Baş naziri.
Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, tezliklə Avropada genişmiqyaslı müharibə başlayacaq və bu, Rusiya-Ukrayna müharibəsinin davamı olacaq.
Macarıstanın Baş naziri bunu könüllülərin andiçmə mərasimində deyib.
O vurğulayıb ki, Macarıstan Avropa iqtisadiyyatını sarsıdan sanksiyalar fonunda uzun sürən münaqişə ehtimalı olduğu bir vaxtda özünün güclü ordusunu qurmalıdır.
“Biz reallığın gözünə dik baxmalıyıq. Belə davam edərsə, sanksiyalar Avropanı silkələyəcək, qitənin iqtisadiyyatı diz çökəcək, insanlar təhlükə altında ola bilər”, – deyə Viktor Orban vurğulayıb.