“RUSİYA SÜLH PROSESİNİN QARŞISINI ALA BİLMƏDİ…” – “KTMT Ermənistana missiya göndərə bilər”.
“Qarabağın erməni əhalisi üzərində hakimiyyəti qəsb etmiş hərbi cinayətkarlar üç gündür Baş nazir Paşinyanla görüşmək üçün İrəvanda gözləyirlər. Səfərin bəyan edilmiş məqsədi Paşinyanın Azərbaycanla sülh müqaviləsi prosesində nə etdiyini anlamaqdır. Əsl məqsəd isə gələn Baş nazirə illik büdcədən Qarabağ ermənilərinə “pul olacaq, yoxsa, yox” sualını verməkdir”.
“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov proseslərin gedişini şərh edərkən bunu deyib.