İran etiraz aksiyalarının yatırılmasında uşaqlardan istifadə edir – FOTOLAR

İranda Məhsa Əmininin öldürülməsi ilə başlayan və 1 aydan artıqdır davam edən etiraz aksiyaları getdikcə daha da alovlanır. Ölkənin bütün bölgələrinə yayılan etirazların qarşısını almaqda çətinlik çəkən İran rejiminin aksiyaları yatırmaq üçün uşaqlardan istifadə etməyə başladığı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalının paylaşdığı məumata görə, İran İnqilab Keşikçiləri (SEPAH) məktəbli oğlanlardan valideynlərinin xəbəri olmadan etiraz aksiyalarında istifadə etməyə başlayıb. Müxtəlif şirnikləndirici vədlərlə aldadılan uşaqların xalqı əzmək üçün istifadə edildiyi qeyd olunur.

Hamısını Göstər

Related Articles

Back to top button