Britaniya kəşfiyyatı Rusiyanın Ukraynaya raket hücumlarının səbəbini açıqlayıb

Oktyabrın 10-dan bəri Rusiya Ukraynadakı hədəflərə uzaq məsafədən zərbələr endirir”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Qeyd olunub ki, hücumlar qanadlı raketlər və İran istehsallı “Şahed” PUA-ları vasitəsilə həyata keçirilir: “Çox güman ki, məqsəd Ukraynanın enerji şəbəkəsinə zərbə vurmaqdır”.

Həmçinin məlumatda vurğulanıb ki, Rusiya Ukraynanın hərbi və mülki infrastukturuna zərbələr endirməklə avqust ayından bəri davam edən uğursuzluğunu kompensasiya etməyə çalışır.

Hamısını Göstər

Related Articles

Back to top button