“Polisə Dəstək”ictimai birliyi Pedoqoji Universitetin Cəlilabad filialında tədbir keçirdi.

“İnsan Alverinə yol verməyək!”

Bu gün,”Polisə Dəstək”ictimai birliyi Azərbaycan Dövlət Pedoqoji Universitetin Cəlilabad filialında tələbə və pedoqoji heyətin iştirakı ilə “İnsan Alverinə yol verməyək!” mövzusunda növbəti geniş seminar-mühazirəsini həyata keçirmişdir.Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin eqidası altında həyata keçirilib və maliyyə dəstəyi ilə icraya yönəlib.Maarifləndirmə xarakterli tədbir diskusiya şəraitində davam etmişdir. İnsan Alverinə Qarşı Mübarizənin gücləndirməsi məqsədilə Prezidentin təsdiq etdiyi Milli Fəaliyyət Planı əsasında Mərkəzi İcra Hakimiyyəti orqanları bu sahədə gördükləri işin mahiyyəti barədə DİN-ə vaxtaşırı hesabat verirlər.Milli Koordinator, polis general-leytenantı Seyfulla Əzimov da öz növbəsində Milli Məclisdə hesabat xarakterli məruzə ilə çıxış edir.Bütövlükdə Milli Fəaliyyət Planının icrası DİN-nin tam nəzarətindədir.

Возможно, это изображение 5 человек, люди стоят, люди сидят и в помещении

Tədbirdə ADPU-nun Cəlilabad rayon filialının direktoru Xudayar Sultanlı,”İnsan Alveri cinayətlərinə yol verməyək!”layihəsinin rəhbəri Şəmsəddin Əliyev,layihə üzrə ekspert-hüquqşünas Aydın Kərimov,hüquqşünas Leyli Quliyeva çıxış etmişlər.İnsan hüquq və azadlıqları ilə bağlı verilən suallar cavablandırılmış,insan alverinə qarşı həyata keçirilən mübarizənin məqsədi və bu istiqamətdə DİN-nin İAQMBİ-nin gördüyü işlər barədə iştirakçılara lakonik məlumatlar verilmişdir.Sonda kollektivlə xatirə şəkili çəkilmişdir.

Возможно, это изображение 9 человек и люди стоят
Hamısını Göstər

Related Articles

Back to top button