Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçiriblər

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 nömrəli tam orta məktəbində
«Narkomaniyaya yox deyək!» və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir
keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov dövrümüzün bəlası olan
narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş
şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən E.İlyasov şagirdlərə diqqətli
olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib. Çıxışının sonunda
narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladan və
narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan
rayon rəisi son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin
əhəmiyyətindən bəhs edib.

Daha sonra RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Səlahəddin Əmrullayev çıxış edərək erkən nikahın
fəsadlarından bəhs edib.

Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin
Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək təhsil müəssisəsinin yaranma tarixi,
inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli
hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button