“Qirkin – Haaqa müştərisidir” – Budanov.

Terrorçu İqor Strelkov-Qirkin artıq Ukraynanın işğal olunmuş ərazisindədir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin başçısı Kirill Budanov «Orestokratiya»ya müsahibəsində bəyan edib.

«Onun olduğu yerlərdən biri bizə məlumdur. O, artıq Ukraynanın işğal olunmuş ərazisindədir» – Budanov cavab verib.

Qirkinin Ukrayna əsirliyinə verilməsi üçün BKİ 100 min dollar mükafat təklif edir. Budanov qeyd edib ki, artıq elan olunmuş telefon nömrəsilə bir neçə tam real təklif daxil olub.

Baş kəşfiyyatçı izah edib ki, Qirkin üçün o qədər də yüksək mükafat elan olunmayıb, axı o, qiymətli əsir, beynəlxalq məhkəmə üçün «mühüm informasiya daşıyıcısıdır».

«O, necə deyərlər, «Haaqa müştərisi»dir» – Budanov qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button