Zelenski qadınların könüllü hərbi qeydiyyatı haqqında qanun imzaladı.

Ukrayna Prezidenti Volodimir Zelenski qadınların hərbi qeydiyyata alınmasının könüllü proseduru haqqında qanun imzalayıb.

Bunu Ali Radanın saytında 6482 nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin kartında yer alan qeyd sübut edir. Qanun layihəsi cümə günü, oktyabrın 21-də Ukrayna Prezidenti tərəfindən imzalanıb.

Xatırladaq ki, oktyabrın 7-də Ali Rada qadınların hərbi qeydiyyata alınmasının könüllü proseduru haqqında qanun layihəsini ikinci oxunuşda və ümumilikdə qəbul edib.

Bildirilir ki, Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda müəyyən edilmiş müvafiq hərbi ixtisasa və ya peşəyə malik olan qadınlar öz xahişi ilə hərbi qeydiyyata götürülür.

Hamısını Göstər

Related Articles

Back to top button