Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun
“Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-nin
əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Sumqayıt şəhər sakini Emil Əliyev və
Siyəzən rayon sakini Məhəmməd Nağıyev saxlanılıblar. Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və
qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.