Saatlıda maarifləndirmə tədbiri keçirilib.

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar
cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər. Gənclərimizi daha düzgün və uğurlu yola yönləndirmək isə biz valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Cünki sağlam gələcək məhz yaxşı təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır.
Erkən nikahların fəsadları barədə də çıxış edən rəis müavini, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button