“Şəffaf İdarəçilik” İctimai Birliyi Sabirabad rayonunda maarifləndirici tədbir  keçirmişdir.

21 oktyabr tarixində “Şəffaf İdarəçilik” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hökümət qurumlarında ictimai nəzarət, ictimai iştirakçılıq platformalarının yaradılması və maneəsiz iştirakçılıq” layihəsi çərçivəsində Sabirabad rayonunda maarifləndirici tədbir və vətəndaşlar arasında mövcud ictimai şuranın fəaliyyəti haqqında sorğu keçirmişdir.

  Təşkilatın idarə heyətinin üzvü Sevil Kazımın verdiyi məlumata görə, tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti yanında ictimai şuranın üzvləri, icra hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri, aktiv vətəndaşlar və gənclər iştirak etmişlər.

Layihə çərçivəsində icra hakimiyyətinə  ictimai şuranın gələcək fəaliyyətində ictimai iştirakçılıq  platformasının yaradılması, yeni seçiləcək tərkibin 1/3 hissəsinin yeni üzvlərdən ibarət olması , platformada təmsil olunan vətəndaş cəmiyyəti institutları və aktiv insanların şura seçkilərindən sonra fəaliyyətlərinin şura tərəfindən koordinasiya olunması və şuranın platforma üzvləri qarşısında hesabat verməsi tövsiyyə olunmuşdur.

Şura üzvlərinə vətəndaşlarla daimi təmasda olmaq, vətəndaşların və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin ictimai müzakirələrə,
ictimai dinləmələrə, ictimai rəyin öyrənilməsi, hüquqi akt layihələrinin ictimai müzakirəsi , yazılı məsləhətləşmələrə cəlb edilməsi tövsiyyə olunmuşdur.

Təbdirdə Sabirabad rayon İcra Hakimiyyətinin müavini Həsən Həsənov idarəçilikdə ictimai nəzarətin vacibliyini və bu sahədə  islahatların olmasını qeyd  etdi. Rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvü Leyla Fərəcova tədbirdə çıxış edərək, ictimai şuranın fəaliyyəti haqqında məlumat verdi və ictimai şuraların gələcək fəaliyyətinin daha da təkmilləşməsinin vacibliyini vurğuladı.

Ailə Kriz Mərkəzinin eksperti Leyla Əliyeva tədbir iştirakçılarına beynəlxalq praktikada ictimai nəzarətin effektiv idarəçilikdə rolu haqqında məlumat verdi. Aktiv vətəndaş cəmiyyətinin iştirak etdiyi tədbir daha  sonra sual cavab formatında davam edib.

Hamısını Göstər

Related Articles

Back to top button