XANKƏNDİDƏ SEPARATÇILARI ETİRAZA PUTİN QALDIRIB… – “Soçidə bildirsin ki, baxın…”

“Xankəndidəki etiraz aksiyasının sabah Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçiriləcək görüşdən öncə baş verməsi təsadüf hesab edilə bilməz. Burada Rusiyanın iştirakını istisna etmirəm”.

Bunu Musavat.com-a politoloq Samir Hümbətov deyib.

66818-1643785767 (1).jpg (199 KB)

Politoloq bildirib ki, Vladimir Putinin “Valday” Diskussiya Klubunda çıxışı zamanı Ermənistanla, Qarabağla bağlı məsələlərə toxunaraq açıqlama verməsi indi Xankəndidə baş verənlərin başlanğıcı idi: “Yəni Xankəndidəki etiraz aksiyası “Valday” klubunun məntiqi ardıcıllığı kimi də qiymətləndirilə bilər. Çünki Putin orada çıxşı zamanı bildirdi ki, biz sülhlə bağlı Ermənistana təzyiq etməyəcəyik. Dedi ki, Ermənistan “5+2” formatı ilə razı olmadı. İndi isə ABŞ Vaşinqton variantını istəyirsə, buyursun, biz razıyıq. Verilən açıqlamadan aydın olur ki, deməli, Rusiya heç də Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsini istəmir. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlama verərək bildirdi ki, əgər Ermənistan və Azərbaycan arasında sülh əldə edilərsə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qalmasına ehtiyac olmayacaq. Ermənistan da vəziyyəti başa düşür ki, Rusiyanın oradan çıxmasının yeganə yollarından biri Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsidir. Digər tərəfdən, Rusiya da bilir ki, Ermənistanla Azərbaycan arasında sülh olacaqsa, sülhməramlıların bölgədə qalmasına ehtiyac qalmayacaq. Düşünürəm Xankəndidəki aksiya ona hesablanıb ki, Putin Soçidə bildirsin ki, baxın, Ermənistanın nə etməsindən asılı olmayaraq, insanlar bizi istəyir, biz Xankəndidə qalmalıyıq. Rusiya ciddi cəhdlə bölgədə qalmağa çalışır. Bu da sülhməramlıların mandatının uzadılması yolu ilə baş verə bilər”.

Qeyd edək ki, Xankəndinin mərkəzi meydanına təyin olunmuş aksiyanı separatçıların qondarma “parlamenti” çağırıb.

Bildirilir ki, aksiyanın məqsədi Qərbin Qarabağla bağlı təklif etdiyi “sülh variantı”na etiraz etmək, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyana bir gün sonra (31 oktyabrda) keçiriləcək üçtərəfli görüş öncəsi təzyiq göstərməkdir.

Separatçı rejim bəyan edib ki, Qarabağ erməniləri Qərbin deyil, Rusiyanın təklif etdiyi variantın qəbul olunmasını istəyir – yəni Qarabağ məsələsi həll olunmamış qalır və “status” məsələsinə baxılmalıdır.

Hamısını Göstər

Related Articles

Back to top button