ÜÇTƏRƏFLİ GÖRÜŞÜN VAXTI AÇIQLANDI – “Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə gedəcək”
Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Soçiyə yola düşəcək.
“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
“Bəli, məlumatıma görə Baş nazir Soçiyə gedəcək. Düşünürəm ki, görüş baş tutacaq”, – Simonyan bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Rusiyada üçtərəfli görüşə dəvət etmişdi.