İRAN RUSİYA İLƏ BİRGƏ MÜHARİBƏYƏ QOŞULUR – ABŞ-dan sərt reaksiya.

İran Rusiyaya 1000 ədəd yeni silahlar göndərməyə hazırlaşır.

Bu barədə məlumatı Qərb dövlətlərindən birinin rəsmilərinə istinadla CNN telekanalı verib. Xəbərdə qeyd olunur ki, Tehran Moskvaya yaxınmənzilli “yer-yer” tipli ballistik raketlər və əlavə olaraq zərbə dronları verəcək.

İranın Rusiyaya göndərdiyi iddia olunan son partiyaya 450 PUA daxil idi. Rusiya bu dronlardan Ukraynanın enerji və mülki infrastrukturuna ağır zərbələr vurmaq üçün istifadə edib. CNN xatırladır ki, bu hücumlar zamanı mülki əhali arasında da itkilər olub. CNN-nin mənbələri bildirirlər ki, silahların yeni partiyası Rusiyaya bu ilin sonlarına qədər göndərilməlidir.

Kiyev hesab edir ki, Rusiya böyük ehtimalla, sözügedən raketləri Ukraynanın şimal sərhədində yerləşdirəcək. “Ukrainskaya pravda” qəzeti Ukrayna Müdafiə Nazirliyinə istinadla yazır ki, bu raketlərə qarşı effektiv müdafiə yoxdur.

Bu da qeyd olunur ki, İran raketləri Rusiyanın “İskəndər-M” raketlərinə bənzəyir. Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın bu tip raketləri tükənməkdədir. Kiyev Moskvanı İran dronları ilə mülki onbyektlərə zərbə endirməkdə ittiham edir. Ukrayna tərəfi bildirir ki, indiyədək İran istehsalı olan 300-dən çox PUA vura bilib. Rusiya İran silahlarından istifadə etdiyi barədə məlumatları təkzib edir, Tehransa Moskvaya silah verdiyini israrla danır.

Vaşinton bu xəbərə dərhal reaksiya verib. ABŞ Prezidenti Co Baydenin İranla danışıqlar üzrə nümayəndəsi Rob Malli bəyan edib ki, İranla nüvə sazişi gündəmdə deyil. “Əgər İran bu mövqeyi tutubsa, biz nüvə sazişinə vaxt itirməyəcəyik”, – o qeyd edib

Ağ Evdə və Konqresdə İranla bağlı son dərəcədə sərt bəyanatlar səslənir. Güman etmək olar ki, artıq hətta İran istəsə də, nüvə sazişinin müzakirəsi mümkün olmayacaq. Avropa İttifaqı Tehrana qarşı yeni sanksiyalar qəbul edib, ABŞ Konqresi də eyni addımları atmaq niyyətindədir.

Hamısını Göstər

Related Articles

Back to top button