Fransalı nazir Avropanın ABŞ-dan asılılığını azaltmağa çağırıb
“Əgər avropalılar hər Amerika seçkilərindən əvvəl təlaş içində yaşamaq istəmirlərsə, o zaman daha böyük muxtariyyət üçün bir yol tapmalıdırlar”.
“Report” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna bəyan edib.
O əlavə edib ki, bu, ABŞ-dan daha çox məsafə demək deyil.
ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini şərh edən nazir respublikaçıların gözlənildiyi kimi əla nəticə göstərmədiyi qənaətindədir.