İmişli rayon sakininin evindən 7 kiloqrama yaxın narkotik aşkarlandı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat
tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri
nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 53
yaşlı Eldəniz Nəsirov yaşadığı evin yaxınlığında saxlanılıb. Həmin şəxsin üzərinə
keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun yaşadığı ünvana keçirilən
baxış zamanı oradan 6 kiloqrama yaxın marixuana və 910 qram heroin aşkar
edilərək götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan
şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
E.Nəsirov bundan əvvəl də müxtəlif cinayətlərə görə yeddi dəfə məhkum
olunub.