Baş prokuror və deputat nümayəndə heyətlərinin rəhbərləri oldular
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə, habelə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin rəhbərləri məlum olub.
Baş prokuror Kamran Əliyev OECD-də nümayəndə heyətinin rəhbəri seçilib.
Bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclasında bildirilib.
GRECO-da isə nümayəndə heyətinin rəhbəri Milli Məclisin deputatı Kamal Cəfərov seçilib.